ONN İnformasiya Agentliyi

Sərhəddə ATIŞMA: 3 erməni əsgər öldü, 2-si yaralandı

Sərhəddə ATIŞMA: 3 erməni əsgər öldü, 2-si yaralandı
28 İyul 2021 - 9:52

Ermənistan – Azərbaycan sərhədində baş verən silahlı atışma nəticəsində 3 erməni hərbi qulluqçu ölüb, 2-si yaralanıb.

ONN media  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gecə saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutduğunu açıqlayıb. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png