ONN İnformasiya Agentliyi

Uşaqlarını görməyə gedən atanın ölümü ilə bağlı rəsmi açıqlama

Uşaqlarını görməyə gedən atanın ölümü ilə bağlı rəsmi açıqlama
25 Yanvar 2022 - 13:28

Yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə  Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib, nəticədə o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Əbülfərz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, mərhumun qardaşı Elşən Atakişiyev mətbuata açıqlamasında R. Atakişiyevin yanvarın 19-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının evinə getdiyini və orada naməlum şəxs tərəfindən döyüldüyünü bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png