Hazırda məscidlərdə ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar hazırlanıb yekunlaşanda aidiyyəti üzrə göndərilərək təsdiq olunacaq.
ONN media xəbər verir ki, bu fikirləri Report-un sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ziyarətgahların sayı çoxdur:
“Lakin ölkədə aparıcı və xalqımızın inandığı, daha çox getdiyi ziyarət yerləri var ki, ora ianələr verilir. Bu cür ianələrin toplanması, sərf olunması ilə əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar yekunlaşdıqdan sonra rəsmi şəkildə təsdiq olunacaq. Bundan sonra toplanan ianələrin müxtəlif ziyarətgahların özünün sərəncamında qalması, lakin qalan ianənin bütövlükdə sərf olunması ilə bağlı müvafiq qurumlarla birgə həyata keçirilməsi nəzərdə tutulur.
Ziyarətgah toplanan məbləğin hansı istiqamətlərə xərcləndiyini şəffaf şəkildə elan edəcək. İanə verən də vəsaitin hara sərf edilməsini ziyarətgahın internet səhifəsindən izləyə biləcək. Hazırda layihə müzakirə olunur. Müzakirələrdə Dövlət Komitəsi ilə yanaşı Qafqaz Müsəlmanları İdarəsinin mütəxəssisləri də iştirak edir”.



Mübariz Qurbanlı: "Yeni qaydalar bu qəbirstanlıqlara şamil olunmayacaq"
Azərbaycanda din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ
Nəzir vermək üçün xüsusi qaydalar HAZIRLANIR: BUNDAN SONRA...
Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb
Bundan sonra nəzirlər elektron qaydada ödənəcək?
Komitə sədri: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"
Bu tarixdən sonra yeni qaydalar tətbiq ediləcək - RƏSMİ
Məscidlərdə monitorinqlər aparılır
Pedoqoji təhsili olmayanların DİQQƏTİNƏ
Çimərliyə belə gedəcəyik - YENİ QAYDA
Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi
Yas mərasimlərinin keçirilməsi qaydası AÇIQLANDI - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 