Daxili İşlər Nazirliyi (DİN) avtomobilləri piyada səkilərində saxlayan sürücülərə müraciət edib. DİN-in mətbuat xidmətindən ONN media -ya daxil olan müraciətdə bildirilib: “Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması, sürücülər tərəfindən qanunsuz zəbt edilməsi hallarının artması vətəndaşların haqlı narazılığına səbəb olur. Bu barədə Daxili İşlər Nazirliyinə ayrı-ayrı şəxslər tərəfindən şikayət xarakterli məktublar ünvanlanır. Bildirmək istəyirik ki, yollarda təhlükəsizliyin təmin olunması üçün istər piyadalar, istərsə də sürücülər qanunların tələblərinə riayət etməli və qaydaları pozmamalıdırlar. Dayanma-durma tələbinin düzgün yerinə yetirilməməsi digər hərəkət iştirakçıları ilə yanaşı, piyadaların da həyatına böyük təhlükə yaradır. Sürücülərin diqqətinə çatdırılır ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsi dayanma-durma, 53-cü maddəsi isə avtommobillərin parklanma tələblərini tənzimləyir”. Müraciətdə, həmçinin bildirilib ki, iyunun 19-da Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təbliğat işlərini gücləndirmək məqsədilə paytaxtın bir neçə prospekt və yollarında piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, xüsusilə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta tərkibi yaradır. Belə ki, səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxmasına və beləliklə də onların həyatlarını təhlükə qarşısına qoyması ilə nəticələnir. Rəyi soruşulan paytaxt sakinləri də avtomobillərin səkilərdə park edilməsinin piyadaların hərəkətinə ciddi maneə yaratdıqlarından şikayətləniblər. Qeyd edək ki, paytaxtın bəzi nöqtələrində sürücülərin əlillər, uşaq arabalarının hərəkəti üçün nəzərdə tutulan pandusların üzərində belə nəqliyyat vasitələrini park etdikləri müşahidə olunub. “Sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar”, - deyə müraciətdə qeyd olunub.
DİN-dən bunu edən sürücülərə MÜRACİƏT



Naxçıvanda sürücülərə qarşı reyd keçirildi
Sürücülərə XƏBƏRDARLIQ
BNA-dan sürücülərə XƏBƏRDARLIQ
DİN sürücülərə müraciət etdi
Bu sürücülərlə bağlı inzibati protokollar tərtib olundu
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
BNA cərimələri bərpa edir: mayın 1-dən...
Dövlət Yol Polisi sürücülərə müraciət etdi
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
DYP sürücülərə xəbərdarlıq edib
DİN-dən sürücülərə MÜRACİƏT
NİİM bu sürücülərə xəbərdarlıq etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 