Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı reyd keçirilib.
ONN media xəbər verir ki, reyd zamanı dayanma-durma qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.
Keçirilən reydlərin sürücülərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı onlara izah olunub, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunub.
Tədbir zamanı yol polisləri Naxçıvan şəhəri ərazisində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə də maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat veriblər.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək



Bu sürücülərlə bağlı inzibati protokollar tərtib olundu
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
Qax polisi qaydaları pozan 15 sürücünü cərimələdi
DYP -dən növbəti REYD: 30-dan artıq şəxs CƏZA ALDI
Avtoşlara qarşı reyd - HƏBS EDİLDİ
Yol polisi Zərdabda reyd keçirdi
Paytaxda metroların ətrafında reydlər başlayıb - CƏRİMƏ YAZILIR
DYP reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib
DYP bu şəxslər barəsində tədbir gördü
Reyd zamanı 70-dən çox sürücü cərimələndi
BNA-dan sürücülərə XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 