İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində "X-Lady" və "İzabel" mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb. Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər. Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq. *** Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də 11; 12; 7A; 15; 22; 30; 32; 35; 36; 40; 44; 49; 50; 51; 57; 60; 62; 64; 81; 103; 105; 141; 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.
Ticarət mərkəzində yanğın: Son durum necədir?



“Diqlas” Ticarət Mərkəzində baş verən yanğına görə bu yollar bağlanıb
FHN əməkdaşı ticarət mərkəzindəki yanğını söndürərkən xəsarət alıb
Bakının mərkəzində ticarət obyektlərində baş verən güclü yanğın söndürüldü (YENİLƏNİR)
Bakıda güclü yanğın: Helikopterlər cəlb edildi, xəsarət alanlar var - Video (YENİLƏNİB)
Eldar Əzizov sürüşmə zonasında
Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən ərazidədir
"Diqlas"dakı yanğınla əlaqədar yaradılan komissiyanın TƏRKİBİ AÇIQLANDI
"Diqlas" ticarət mərkəzindəki yanğına görə ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək
"Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb"
İlham Əliyev Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb
Xətaidəki yanğın niyə baş verib?- Eldar Əzizov açıqladı
"Diqlas"da malı yanan sahibkarlar prokurorluqda dindirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 