Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi keçirilir. ONN media xəbər verir ki, forumun açılış mərasimində BMT Baş katibinin müavini Lui Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak edirlər. Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri Forumda iştirak edəcəklər. Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır. Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan amillər dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir. Qeyd edək ki, 24-26 iyun tarixlərində baş tutacaq forumun təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-dir.(APA)
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirilir



Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində
Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır
“ASAN xidmət”ə yeni səlahiyyət verildi
Prezident “ASAN xidmət” işçilərini təltif etdi - SİYAHI
Gəncə sakinlərinə ŞAD XƏBƏR
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Ülvi Mehdiyev Səlcuq Bayraqdarla görüşdü
Prezident bu şəxslərə müraciət etdi
Zəngilanda Asan Xidmət istifadəyə verildi
Prezident ASAN Xidmətlə bağlı fərman imzaladı
Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 