Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.
ONN media xəbər verir ki, görüşdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "Baykar" şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondunun İdarə Heyətinin sədri Haluk Bayraqdar, Baykar şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Səlcuq Bayraqdar, Türkiyənin Sənaye və Texnologiya Nazirinin müavini Mehmet Fatih Kacır, “İNNOLAND”in rezident startapları və uğurlu startap təcrübəsi olan gənclər iştirak ediblər.
Görüş zamanı Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib. Xüsusən də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün əldə etdiyi imkanlardan danışıb.
Görüşdə, həmçinin Azərbaycanda xarici investorlar üçün yaradılan əlverişli biznes mühiti, müxtəlif ölkələrin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin tətbiqi, innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində yaradılan fürsətlər və birgə layihələr, qabaqcıl texnoparkın yaradılması istiqamətində birgə fəaliyyət müzakirə olunub.
Eyni zamanda qonaqlar “Bilim Bakı” mərkəzində aparılan təmir-tikinti işləri ilə tanış olublar.
Mərkəzdə keçiriləcək “Bilim Azərbaycan” və “Deneyap” proqramları erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndisləri, elm adamları və innovativ sahibkarların yetişməsinə dəstək verəcək.



Mehdiyev Bayraqdarla görüşdü
Yalnız bu obyektlər işləyəcək - Ülvi Mehdiyev
Zakir Həsənov Səlcuq Bayraqdarla görüşdü
Taksilər işləyəcək - Ülvi Mehdiyev
Bir gündə 2 dəfə icazə almaq olar... - Ülvi Mehdiyev
Bu şəxslərin SMS icazədən istifadəsi mümkün olmayacaq
“ASAN Xidmət”in yeni rəhbəri kimdir?
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Erdoğan Azərbaycana gəlir
Bayraktardan ilk paylaşım- "Kızılelma" boyandı
Azərbaycan-Türkiyə sənədləri imzalandı (YENİLƏNDİ)
“ASAN xidmət”də YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 