Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Gürcüstana buraxılmayacaq. ONN media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya bəyanatla çıxış edib. S.Qavrilovun yenidən Gürcüstana səfər etmək arzusunu şərh edən DİN rəhbəri konkret cavab verib: “Buraxılmayacaq!” Onun sözlərinə görə, rus deputat hazırda onu hər şeydən az maraqlandırır. Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.
Gürcü nazirdən rus deputatla bağlı sərt bəyanat



Tbilisidə NƏ BAŞ VERİR: kimlər qurban gedəcək?
Gürcüstan hökuməti İSTEFAYA GETDİ
Tbilisidə etirazçılar aclıq askiyasına başladılar
Tbilisidə etiraz aksiyası zamanı 52 nəfər xəsarət alıb - YENİLƏNİB
Tiflisdəki aksiya ilə bağlı növbəti qərar
Gürcüstanın yeni baş naziri kimdir?
Tiflisdə eyni anda iki aksiya
Qaxariya İlham Əliyevə zəng etdi
Lavrov və Şoyqunun bu vəzifələrdən imtina ərizəsi təsdiqləndi
Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
Saakaşvili: Qaxariyanın istefası ilə dayanmamalıyıq
Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 