30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır. 1989-cu ilin 30 iyununda vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəliblər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparıb. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxıb. İlham həmin gecə hazırkı “20 Yanvar” dairəsində vurulub. Ailəsi İlhamı xəstəxanalardan birində tapıb. Əvvəlcə Xırdalandakı qəbristanlıqda dəfn ediblər. Amma sonradan nəşini oradan çıxarıb Şəhidlər Xiyabanına aparıblar. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içib. Və məktub yazmaq istəyib. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirə bilməyib. Bətnindəki körpəni də özü ilə məzara aparıb.
Milli Sevgililər Günü…



İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
İlham - Fərizə ailəsinə ağır itki
İlham-Fərizə ailəsinə AĞIR İTKİ
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Mübariz İbrahimovun anım günüdür
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu gündür
Prezident İlham Əliyevin ad günüdür
Bu gün Mübariz İbrahimovun doğum günüdür
Erməniləri qorxuya salan gecə- MÜBARİZ İBRAHİMOVUN ŞƏHİD OLDUĞU GÜN
Aynişan Quliyevadan maraqlı addım
Prezident Ayaz Mütəllibovun dəfni ilə bağlı nekroloq imzalayıb
Xankəndi, Xocalı və Xocavəndlə bağlı sərəncam imzalandı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 