Milli Məclisin vitse-spikeri Bahar Muradova şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olmasına dair iddialara cavab verib.
ONN media xəbər verir ki, vitse-spiker həmin mənzil sahibinin şəhid ailəsi olmadığını yazıb.
"Adətən həqiqətə uyğun olmayan "xəbərlərə" reksiya verməyin tərəfdarı deyiləm.Amma neyləyəsən ki, çox maraqlı bir dövrdə yaşayırıq. Sensasiya dalınca qaçanlar bəzən heç bir çərçivəyə sığmayan davranışlara yol verdikləri zaman buna məcbur olursan. Guya, şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olduğuma dair məlumatlar da bu qəbildəndir. Bir məqamı qeyd etməyi lazım bilirəm ki,bu "xəbərləmə"onun müəllifləri üçün bir halda siyasi,digər halda isə kommersiya məqsədi daşıyırsa da, mənim üçün bir mənəviyyat məsələsidir. Həm də onlarla şəhidim olduğu üçün.Odur ki, laqeyd qala bilməzdim.Çox təəssüf edirəm ki, tənha və köməksiz yaşayan qadınlara bu ilin mart ayında növbəti baş çəkmə zamanı çəkilən və mənim facebook profilimdə yayımlanan şəkil belə bir həssas məsələdə insanların hissləri ilə oynamaq üçün "vasitə" kimi istifadə olunmuşdur. Hətta bununla belə mən bu "informasiyadan" özünün və şəhid ailələrinin heysiyyətinə toxunulduğunu güman edən hər kəsdən üzrümü qəbul etmələrini xahiş edirəm. Bunu yayan xəbər saytlarını isə şiddətlə qınayıram. Hamımız üçün müqəddəs olan insanların hissləri ilə oynadıqlarına görə. Üzümü onlara tutaraq deyirəm:
Arzum budur ki, Tanrı sizə özünüzü ifadə və təsdiq etmək üçün başqa "imkanlar" yetirsin!".



Bu şəxslərə pulsuz evlər veriləcək
Birinci xanım şəhid ailəsinin mənzil problemini həll etdirdi
Millət vəkili şəhid gizirin ailəsi ilə görüşdü
Şəhid ailələrinin NƏZƏRİNƏ- Mütləq oxuyun
Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
YAP-dan ŞOK QƏRAR: Bahar Muradova siyahıda yer almadı
Leyla Əliyevə şəhid Samirin ailəsinin evində olub
Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb- BAHAR MURADOVA
Şəhid zabitin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi
Mehriban Əliyevadan şəhid ailəsinə JEST
Şəhid ailələrinə ŞAD XƏBƏR
Şəhid ailəsi üçün yeni ev tikildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 