Azərbaycan Prezidenti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərlə şəhid ailələri üçün daha bir güzəşt qüvvəyə minib.
ONN media xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib.
O, dəyişikliyə əsasən, şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvlərinin də mənzil növbəsinə yazıla biləcəyini vurğulayıb:
“Əvvəlki qaydalara görə, şəhidin həyat yoldaşı dünyasını dəyişdiyi halda övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Yeni dəyişikliklər imkan verəcək ki, şəhidin statusu olmayan ailə üzvləri də mənzil ilə təminat hüququndan istifadə etsinlər. Son dəyişiklik şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımından vacib sənəd, sosial təminat aspektindən əhəmiyyətli addımdır”.
Qeyd edək ki, Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi indiyədək mənzillə təmin olunub. Bu kateqoriyadan olan bütün vətəndaşlarımızın 2025-ci ilin sonunadək mənzillə təmin olunacağı gözlənilir.



Bu şəxslərə pulsuz evlər veriləcək
Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Azərbaycanda işə qəbul prosesində bu şəxslərə üstünlük veriləcək - QƏRAR
Şəhid ailələrinin NƏZƏRİNƏ- Mütləq oxuyun
Bakı və Abşeronda şəhid ailələrinin mənzillə təmin ediləcəyi vaxt AÇIQLANDI
Şəhidimizlə bağlı arayışa rəsmi münasibət
Şəhid qardaşının müraciətinə yenidən baxıldı
Deputat: İlham Əliyev şəhid ailələrinə öz doğmaları kimi yanaşdı
Şəhid Asəf Nəsibovun ailəsinə mənzil verildi
Şəhid adının əbədiləşdirilməsi ilə bağlı dəyişikliklər olacaq
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 