"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yeni alınan daha iki qatar tərkibini xəttə buraxır. ONN media xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hər iki qatar bu gün metronun "Dərnəgül" stansiyasından start götürərək sərnişinlərin istifadəsinə veriləcək. Xatırladaq ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon iyunun 11-də Bakıya gətirilib. "Metrovaqonmaş" ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Vaqonlar əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan başqa, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabaları üçün yerlər ayrılıb. İstehsal zamanı, sifarişçi kimi, "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin "Bakı Metropoliteni"nin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR



Bakıya yeni gətirilən metro qatarlarının ÖZƏLLİYİ nədir?
Şad xəbər: Metro üçün yeni vaqonlar gəldi
“Bakı Metropoliteni” QSC Rusiyadan yeni vaqonlar alır
Rusiyadan Bakıya 20 vaqon gətiriləcək - BU İL...
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Metro qatarlarımızın hamısı nə vaxt yenilənəcək? - Açıqlama
Bakı metrosuna yeni vaqonlar gətiriləcək - Bu tarixdə
Bakı metrosu 20 vaqon almağı təxirə salıb? – Rəsmi
Rusiyadan alınan daha 2 metro qatarı Bakıya gətirildi
Bakıya iki yeni metro qatarı gətirildi
Rusiyadan alınan metro qatarı Bakıda
Bakı Metropolitenində daha bir yeni qatar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 