ONN media xəbər verir ki, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyəti bu il Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edəcək. Bununla bağlı müqaviləni “Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıblar.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, istehsal olunacaq 81-765.Б/766.Б modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. 2017-ci ildən istehsal olunan yeni vaqonlar Bakı metropoliteninin istismar parkındakı eyni modellərin sayını artıracaq. Alınacaq vaqonlar sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanıb.
Əvvəlki nümunələri ilə müqayisədə indiki vaqonların qapıları daha enlidir, qapıların açılıb bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün elektrik mənbəyinə malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb. Orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.



Şad xəbər: Metro üçün yeni vaqonlar gəldi
Bakıya yeni gətirilən metro qatarlarının ÖZƏLLİYİ nədir?
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
Rusiyadan Bakıya 20 vaqon gətiriləcək - BU İL...
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Bakı metrosu 20 vaqon almağı təxirə salıb? – Rəsmi
Metro qatarlarımızın hamısı nə vaxt yenilənəcək? - Açıqlama
Bakı Metropoliteni yeni qatarlar alır
Bakı metrosuna yeni vaqonlar gətiriləcək - Bu tarixdə
Bakı Metropolitenində daha bir yeni qatar
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu
Metro ilə bağlı əhaliyə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 