Son vaxtlarda paytaxt Bakı şəhərində təmizlik və abadlıq işlərinin aparılmasında müsbət dəyişikliklər müşahidə olunur. Belə ki, şəhərin mərkəzində aparılan işlərlə yanaşı şəhərətrafı qəsəbə və yaşayış məntəqələrində də bu işlərə xüsusi diqqət yetirilir. Şəhərdə həyət və məhəllərin əsaslı təmirləri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada sakinlərin istirahətinin təmin olunması ilə bağlı işlər davam edir ki, bu da öz növbəsində vətəndaşlar tərəfindən çox müsbət qarşılanır. Şəhərdə aparılan müşahıdələr həqiqətən də məişət tullantıları, xüsusilə də tozun azalmasını göstərir. Bu işlər şəhərətrafı qəsəbələrdə də öz əksini tapıb.
Bu işlər ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış kompleks tədbirlər planına uyğun aparılır. Ilk nöbbədə əvvəllər az diqqət yetirilən Bakı ətrafı qəsəbələrdə və yaşayış sahələrindəki çoxmənzilli binaların fasadlarının, giriş hissələrinin əsaslı təmiri, ümumi təmizlik işlərinə olan diqqətin artırılmasını qeyd etmək lazımdır.
ONN media-nın Şəhər İcra Hakimiyyətindən əldə etdiyi məlumatlara görə, etiraf edilməlidir ki, bu gün tullantıların daşınması və ilk növbədə zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur. Artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür. Lakin bu müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub. Buraya tullantıların çeşidlənməsi məqsədi ilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə xarıcdən mütəxəsislər dəvət olunub və hazırda işlər aparılır.
Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcəkdir.



Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Bu icra başçılarına ciddi xəbərdarlıq edildi
Bakıda ilk qardan sonra geniş təmizlik aparıldı
Bakıda iki icra başçısına xəbərdarlıq edildi
Bakının 548 küçəsi dezinfeksiya edildi
Bakı küçələri bu gün
Bu gün Bakının 549 küçəsi yuyuldu
Bakı küçələri növbəti dəfə dezinfeksiya edildi
Bakıda qəzalı binalarla bağlı mühüm addım - İŞLƏR BAŞLADI
Bir sıra məmurlar ciddi cəzalandırıldı
Bakı Şəhər İcra Hakimiyyəti yeni qurum yaratdı
Bakı küçələrinin dezinfeksiyasına başlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 