Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının həyata keçirilməsinə başlanılıb. ONN media report-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə Bakıya gəliblər. Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülüb. Əvvəlki səfər zamanı Mott MacDonald şirkətinin rəhbərlərinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi qənaətbəxş səviyyədədir. Lakin bu vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən Bakı şəhərində məiçət tullantılarının daşınması və idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya Mott MacDonald şirkətinə müraciət olunub və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlayıblar. Əsas məqsəd paytaxt Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, Bakını gözəl məkana çevirməkdir. Konsepsiya şərçivəsində artıq 2 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradılıb. Mərkəzdə işçi qrup tərəfindən konspsiyanın hazılanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Sabah saat 11:30-da Monitorinq Mərkəzində (metronun “Bakmil” tansiyasının yanı) Böyük Britaniya Mott MacDonald şirkəti rəhbərliyinin nümayəndəsi, Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri Martin Saymon konsepsiya barədə geniş məlumat verəcək və jurnalistləri maraqlandıransualları cavablandıracaq.
Bakı Şəhər İcra Hakimiyyəti yeni qurum yaratdı



Bir sıra məmurlar ciddi cəzalandırıldı
Bakıya gətirilən zibil konteynerlərinin qiyməti nə qədərdir?
Nəhayət Bakıda yeni layihə - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu ərazi nəzarətə götürüldü
Bakıya kommunal təyinatlı avtonəqliyyat vasitələrinin növbəti partiyası gətirildi
Mənzillərə paketlər paylanacaq: Tullantılara görə
Bakıda mənzillərə zibil paketəri paylanıldı - Foto
Bakı Şəhər İcra Hakimiyyəti şadlıq sarayını cərimələdi
Eldar Əzizovdan icra başçılarına XƏBƏRDARLIQ
Paytaxt küçələri yenə yuyuldu
Şəhərdə tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlanılıb
Bakıda "dezinfeksiya həftəsi" elan edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 