İyunun 2-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” davam edib. Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə bu gün də Bakının azyaşlı sakinləri və qonaqları müxtəlif əyləncələrdə iştirak edib, asudə vaxtlarını dostları ilə birgə keçiriblər.
ONN media xəbər verir ki, festivalın ikinci günündə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib, Mərkəzin parkında uşaqlar üçün yaradılmış əyləncə məkanları ilə tanış olub.
Qeyd edək ki, “Uşaq festivalı” iyunun 1-dən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə start götürüb. Festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.
Hər iki gündə uşaqlar üç saat ərzində bayramlarını əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını nümayiş etdirib, intellektual yarışlarda, maarifləndirici təlimlərdə iştirak ediblər. Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub.
Park ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada müxtəlif idman və incəsənət meydançaları yaradılıb, uşaqlar küçə incəsənəti üçün ərazidə asfalt üzərində müxtəlif rəsmlər çəkib, kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb.
Eyni zamanda parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar da quraşdırılıb.
Cizgi filmlərinin qəhrəmanlarının iştirakı ilə nağıllar aləminə səyahət təşkil olunub. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.
Həmçinin azyaşlılar üçün uşaq yaradıcılıq mərkəzləri və studiyalarının çıxışlarından ibarət konsert proqramı təqdim edilib.
Uşaqlar şahmat oynayıb, müxtəlif idman növləri üzrə master-klaslar təşkil olunub.
Heydər Əliyev Mərkəzinin parkında yaradılan maraqlı və sevilən zonalardan biri isə “Safari turu”, “Mini ferma” olub. Burada azyaşlılar bir sıra heyvanlarla canlı tanış ola biliblər.
Qeyd edək ki, festivalın birinci günündə Bakı və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak ediblər. Onlar hazırladıqları müxtəlif əl işlərini sərgiləyib, rəqs və musiqi nömrələri ilə çıxış ediblər. Sonda uşaq evləri və internat məktəblərindən olan qonaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Festival bu gün başa çatıb.



Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib
Valideynlərin DİQQƏTİNƏ
Bakıda "Uşaq festivalı" keçiriləcək
Leyla Əliyeva ad gününü uşaqlarla keçirdi - Fotolar
Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayev konsert verdi
Mehriban Əliyeva Uşaq Mərkəzində
Uşaqlara şad xəbər
Şamaxıda hava şarları festivalı başladı
Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak edib
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşdü
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 