ONN media xəbər verir ki, cari ilin 2-3 iyul tarixlərində Bakıda ICAO ilə DAK-ın “Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası sazişin iştirakçısı olan dövlətlərdə uçuşların təhlükəsizliyinin yüksəldilməsi və uçuşa yararlığın təmin edilməsi” layihəsi çərçivəsində Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura / Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə “IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” (ISAGO) mövzusunda seminar keçirilmişdir. IATA ekspertləri “IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” (ISAGO) proqramının bütün aspektlərinə, o cümlədən proqramdakı son dəyişikliklərə dair məruzələrini və proqramın tətbiqi üzrə tövsiyələrini təqdim etmişlər. Seminar zamanı aşağıdakı məsələlər müzakirə olunmuşdur: - ISAGO proqramının yeni modeli barədə ümumi məlumat və onun xüsusiyyətləri. - ISAGO-nun üstünlükləri və proqramdan istifadənin müsbət nəticələri. - ISAGO standartlarına dair qüvvədə olan təlimat (GOSM) barədə ümumi məlumat. - Yerüstü xidmət təminatçıları üçün uçuşların təhlükəsizliyini idarəetmə sisteminin (UTİS) tətbiqi. Yerüstü xidmət təminatçılarının auditi. - Yerüstü xidmət təminatçıları üçün ISAGO-nun keçirilməsi qaydası – audit keçirilməsi üçün müraciətdən başlayaraq ISAGO-nun qeydiyyatına qədər. - Aviaşirkətlər üçün ISAGO - keyfiyyətə nəzarət zamanı ISAGO-nun nəticələrinin tətbiqi, aviaşirkətlər tərəfindən ISAGO auditləri barədə hesabatlardan istifadə. - Aviasiya orqanları üçün ISAGO-nun üstünlükləri. - Hava limanları üçün ISAGO-nun üstünlükləri. Seminarda Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası sazişin iştirakçısı olan dövlətlərin, habelə BƏƏ, Qətər və Türkiyənin aviasiya idarələri, hava limanları və aviasiya şirkətlərindən 50-dən çox aviasiya mütəxəssisi iştirak edib.
“IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” mövzusunda seminar keçirilib



Bakıda Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyasının iclası keçirilmişdir
“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini yenidən uğurla keçmişdi
Bakıda İTSA rəhbərlərinin illik iclası keçirilir
Bakıda DAK-ın aeronaviqasiya komissiyasının iclası keçirilir
İlham Əliyev FƏRMAN İMZALADI
Ermənistan təyyarələri də Azərbaycan hava məkanından istifadə edə biləcək
İki nazirliyə tapşırıq verildi - SƏRƏNCAM
DMAA-nın nümayəndə heyəti ECAC seminarında iştirak edib
3 audit şirkətinin fəaliyyəti dayandırıldı
Hava nəqliyyatı ilə yükdaşımaların həcmi artdı
Bu ölkə Azərbaycan üçün hava məkanını bağlayacaq?
AZAL-ın "Qarabağ" təyyarəsi Füzuli hava limanına endi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 