ONN media xəbər verir ki, aprelin 3-də Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) aerovaniqasiya üzrə koordinasiya komissiyasının 19-cu iclası keçirilmişdir.
“Azərbaycan Hava Yolları”nın dəstəyi ilə keçirilən iclasın əsas mövzusu “Aeronaviqasiyada innovasiya texnologiyaları və uçuşların meteoroloji təminatı” olmuşdur.
İclası AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərxan Quliyev, Dövlətlərarası Şuranın Aviasiya və Hava Məkanından İstifadə üzrə icraçı direktoru Eldar Bağırzadə və DAK-ın sədr müavini Konstantin Kleşev açmışdır.
İclasda həmçinin mülki aviasiya haqqında sazişə üzv ölkələrin aeronaviqasiya və meteoroloji xidmətləri, elmi tədqiqat institutları, elm-istehsalat mərkəzləri və təşkilatları, habelə təhsil müəssisələrinin rəhbərləri və ekspertləri iştirak edirlər. Müşavirə iştirakçıları iclasın yüksək səviyyədə təşkilini, məzmunlu və maraqlı təqdimatların keçirildiyini vurğulamışdırlar.
Qeyd olunmuşdur ki, müasir texnologiyaların tətbiqi uçuşların təhlükəsizlik səviyyəsinin artırılması üçün əsas amillərdən biridir.
Səfər çərçivəsində iştirakçılar həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS), Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) və Milli Aviasiya Akademiyasının fəaliyyəti ilə tanış olmuşdurlar.



AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər
Bakıda Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyasının iclası keçirilmişdir
“Azəraeronaviqasiya” “AIM”i tətbiq etmişdir
“IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” mövzusunda seminar keçirilib
AZAL Bakıda CANSO-2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalamışdır
Bakıda İTSA rəhbərlərinin illik iclası keçirilir
AZAL Zəngilan hava limanında aeronaviqasiya avadanlıqlarını tətbiq edir
İlham Əliyev FƏRMAN İMZALADI
Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək
Bu ölkə Azərbaycan üçün hava məkanını bağlayacaq?
Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir
İki nazirliyə tapşırıq verildi - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 