ONN media xəbər verir ki, cari ilin 8-12 yanvar tarixlərində Avropa Mülki Aviasiya Konfransı (ECAC) tərəfindən Azərbaycan Respublikasında yük daşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsi üzrə audit yoxlaması keçirilmişdir. Keçirilən auditin müsbət nəticələrini nəzərə alaraq, ECAC Katibliyi Azərbaycan Respublikasında yük daşımalarının qabaqcıl təcrübəsi barədə 20-30 dəqiqəlik prezentasiya hazırlamasını və 6-7 mart tarixlərində Fransanın Paris şəhərində keçirilən seminarda təqdim edilməsi xahişi ilə müraciət etmişdir. Yüklərin təhlükəsizliyinin təmin edilməsi mövzusunda keçirilən seminarda DMAA-nın Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev və sektor müdiri Elçin Sadıqzadə iştirak etmişlər.
Seminarda çıxış edən Mübariz Əliyev Seminar iştirakçılarına müxtəlif çeşidli yüklərin qəbulu, emalı, rəsmiləşdirilməsi və daşınması imkanları, soyuducular, onların həcmi və temperatur rejimi, tez xarab olan yüklər üçün sahələr, qiymətli malların saxlanc otaqları, təhlükəli yüklərin yerləşdirmə imkanları və saxlanc sahələri, poçt və diplomatik poçta ayrılmış sahələr haqqında geniş məlumat verilmişdir. Seminar iştirakçılarına 2015-2017-ci illər üzrə yük və poçt daşımalarına dair statistik məlumat təqdim edilmiş, milli və xarici yük aviaşirkətləri barədə geniş məlumat verilmişdir.
Seminarda iştirak edən Qazaxıstan Respublikasının nümayəndələri Azərbaycan Respublikasında yük daşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsində əldə edilmiş qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə cari ilin may-iyun aylarında rəsmi səfər etmək və bu barədə DMAA-ya rəsmi müraciət etmək niyyətində olduqlarını bildirdilər. Azərbaycan nümayəndələri əldə edilmiş qabaqcıl təcrübə ilə bölüşməyə və normativ-hüquqi sənədlərin hazırlanmsında metodiki köməkliyin göstərilməsinə hər zaman hazır olduqlarını bildirdilər.



“IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” mövzusunda seminar keçirilib
"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
Bağçalarla bağlı daha bir XƏBƏRDARLIQ
“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini yenidən uğurla keçmişdi
Nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalar dəyişdi- QƏRAR
Gürcüstan vasitəsilə hərbi yüklər daşınmır - RƏSMİ
Bakıda Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şuranın 36-cı sessiyasının iclası keçirilmişdir
Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Nyu-Yorkda
Dövlət Toxum Fondu ilə “TİGEM" arasında protokol imzalanıb
Prezident İlham Əliyev bu ölkəyə səfərə gedir
Prezident Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramını təsdiqlədi
Mülki təyyarələrlə daşınan yüklərin təhlükəsizliyi təmin ediləcək - QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 