Təhsil Nazirliyi müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin iştirakçılarının keçid balları ilə bağlı bəzi suallarına aydınlıq gətirib.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə namizədlərin seçdiyi vakant yerlərin boş qalmasına baxmayaraq, həmin yerlərə namizədlərin yerləşdirilməməsi səbəbini açıqlayaraq bildirib ki, yerləşdirmələr zamanı ənənəvi keçid balları tətbiq edilir. Müvafiq keçid balı olmayan şəxslərin yerləşdirilməsi aparılmır.
Keçid balı toplamayanların vakansiya seçiminə hansı səbəbdən buraxılmasına gəldikdə, M.Camalzadə qeyd edib ki, yerdəyişmə müsabiqəsi zamanı 3 tip kontingentə artım əmsalı tətbiq edilir:
"Bəzən keçid balını toplamayan həmin şəxslərə artım əmsalı tətbiq edildikdən sonra, onlar da tələb olunan keçid balını əldə edirlər. Buna görə də keçid balı olmayan şəxslər də vakansiya seçə bilirlər. Bu qayda əvvəlki illərdə də tətbiq olunub və müraciətlər zamanı vətəndaşlara bu barədə xəbərdarlıq edilib. Qeyd edim ki, elektron ərizədəki 1.0 əmsalı namizədə artımın tətbiq edilmədiyini bildirir".
M.Camalzadə Bakı şəhərində (digər şəhər və qəsəbələrdə) yaşadığını sübut edən sənədləri elektron ərizəsində yükləyən namizədlərə müvafiq artım əmsalının hansı səbəbdən tətbiq edilmədiyini də açıqlayıb.
O qeyd edib ki, müvafiq artım əmsalı namizədin yalnız faktiki yaşadığı və ya qeydiyyatda olduğu həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi kənddə yerləşən məktəbə yerdəyişmə zamanı nəzərə alınır. / Trend



Müəllim işləmək istəyən namizədlər üçün keçid balı nə qədər olacaq - AÇIQLAMA
DİQQƏT- Keçid balları açıqlandı
Bu ixtisas qruplarının keçid balları artdı – Ekspert
Bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər - RƏSMİ
İşə qəbul üzrə imtahanların nəticələri məlum olub
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Müəllimlərin işə qəbulunda tətbiq olunacaq yeniliklər AÇIQLANDI
Müəllimlərin NƏZƏRİNƏ
Bu il II qrup üzrə keçid balı aşağı olacaq - DİM
DİQQƏT - Seçim bu gün başa çatır
Riyaziyyat müəllimi olmaq istəyənlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 