ONN İnformasiya Agentliyi

Deputatdan açıqlama- "Bu içkilərin satışına məhdudiyyət qoyulsun"

Deputatdan açıqlama- "Bu içkilərin satışına məhdudiyyət qoyulsun"
29-03-2019, 15:45


Enerji içkilərinin 18 yaşına çatmamış uşaqlara satışı qadağan edilməlidir.

ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib. Deputat qeyd edib ki, enerji içkiləri uşaqların sağlamlığına ciddi zərər vurur, asılılıq yaradır:

“Valideynlər qeyd edirlər ki, əksər məktəblərin yaxınlığında bu içkilərin sərbəst satışı həyata keçirilir. Bu faktorların ciddi narahatlıq doğurduğunu və ailələrin bununla bağlı xahişini nəzərə alaraq, 18 yaşına çatmamış uşaqlara bu içkilərin satışı qadağan edilməlidir. Enerji içkilərinin açıq və gizli reklamı çox güclü aparılır və bu da uşaqlarda həmin içkilərə aludəçiliyi artırır. Enerji içkilərinin 18 yaşına çatmamış uşaqların içməməsi tövsiyəsi ilə Qida Təhlükəsizliyi Agentliyi çıxış edib. Həmçinin ombudsmanın Milli Məclisə təqdim etdiyi illik hesabatında da bu məsələyə baxılması təklif olunub”.

Q.Paşayeva 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satışı ilı bağlı qadağanı pozanların cəzalandırılması mexanizmlərinin qanunvericilikdə öz əksinin tapmasını təklif edib:

“Uşaqların sağlamlığı, gələcəyi hər şeydən vacibdir, çünki onlar millətimizin gələcəyidir. Müəyyən qrup şəxsin pul qazanması naminə uşaqlarımızın sağlamlığı, gələcəyi ciddi narahatlıqlarla üzləşməməlidir. Buna görə də ailələrin 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi ilə bağlı çağırışları nəzərə alınmalı, bu məsələ qanunvericiliklə tənzimlənməlidir”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png