İqtisadiyyatı şaxələndirmək üçün əlimizdən gələni etməyə çalışırıq. ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşdə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir: “Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq”. Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirib ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. “Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq.
İlham Əliyev: İqtisadiyyatı şaxələndirmək üçün əlimizdən gələni etməyə çalışırıq



Onlar üçün əlimizdən gələni edirik - İlham Əliyev
İlham Əliyev: "Bizim dayanmaq planımız yoxdur"
İlham Əliyev: Əlimizdən gələni edirik
İşsizlik səviyyəsini 5%-ə qədər azaltmışıq - İlham Əliyev
İqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir
“Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir”- İlham Əliyev
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir - İlham Əliyev
İlham Əliyev Zəngəzur dəhlizindən danışdı
Azərbaycanda 34 min yeni iş yeri yaradılıb
“Azərbaycana 3,5 milyard dollar sərmayə qoyulub”- Prezident
BP bizim strateji tərəfdaşımızdır - PREZİDENT
Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollara çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 