“Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq”.
ONN media xəbər verir ki, bunu avqustun 25-də Bakıdakı Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyev Azərbaycan və Almaniyadan olan iş adamları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir: “Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər.
Hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır. Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaq”.



İlham Əliyev: İqtisadiyyatı şaxələndirmək üçün əlimizdən gələni etməyə çalışırıq
Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir
İlham Əliyev: "Bizə çox yaxşı tərəfdaşlar lazımdır"
Prezident: Bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir
İlham Əliyev: Aprel döyüşləri bunu bir daha bütün dünyaya göstərdi
“İqtisadi siyasətimiz mükəmməldir” – İlham Əliyev
“Maaşlar 5, pensiyalar 8 dəfədən çox artıb” — Prezident
İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"
İlham Əliyev: “Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi”
İlham Əliyev: Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır- İlham Əliyev
Azərbaycan-İran ikitərəfli münasibətləri sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıb - Prezident
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 