"İqtisadiyyatın diversifikasiyası bizim əsas məqsədimizdir. Düşünürəm ki, bu istiqamətdə yaxış uğurlar əldə etmişik".
ONN media-nın APA-ya istinadən məlumatına görə, bunun Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.
"Neftin qiyməti düşəndə Azərbaycanda elan etdim ki, artıq postneft dövrü başladı, biz neft və qazı unutmalıyıq. Mövcud neft-qaz layihələrini davam etməliyik, lakin əsas gəlir kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq, kənd təsərrüfatına diqqətə yetirməliyik.
Biz bu istiqamətdə ciddi islahatlar həyata keçirdik və yaxşı nəticələr əldə olundu. Ötən il ölkədə qeyri-neft iqtisadiyyatı 3 faiz və qeyri-neft sənayesi 4 faizi artdı. İqtisadiyyatımızın diversifkasiyası prosesi gedir və bizim dayanmaq planımız yoxdur. Hazırda neft qiyməti artır, lakin bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq", - deyə prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, biz öz xərclərimizi optimallaşdırırıq: "Keçən il neftin qiymətinin düşməsinə baxmayaraq, biz əlavə 4.5 milyard dollar qazandıq və ehtiyatlarımızı artırdıq. Neft və qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcək. Qeyri-neft sektoru isə bizim ÜDM-in 70 faizini təşkil edir. Bizim hədəfimiz ixrac portfelimizdə qeyri-neft məhsullarının həcmini artırmaq məqsədi ilə ixracı diversifikasiya etməkdir".



Prezident: "Bakı-Tbilisi-Qars regionun nəqliyyat xəritəsini dəyişdi"
Prezident: "Azərbaycan çətin vəziyyətdən şərəflə çıxa bilib"
İlham Əliyev: İqtisadiyyatı şaxələndirmək üçün əlimizdən gələni etməyə çalışırıq
Ermənistan da rubla keçdi – Neft ödənişi
İlham Əliyev: “Bizim neft yataqlarımız nə vaxtsa tükənəcək”
Dövlət başçısı: "Bizim heç bir maliyyə problemimiz yoxdur"
"Star" NEZ üçün ən yaxşı neft AÇIQLANDI
Prezident: Xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var
Prezident müşavirə keçirdi - YENİLƏNDİ
Neft həftəyə bu qiymətlə başladı
Neftin son qiyməti açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 