"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile" əməliyyat sistemləri üçün versiyasının buraxılışı dekabrın 31-də tam dayandırılacaq. Bu barədə "Microsoft" korporasiyasının saytında deyilir.
ONN media xəbər verir ki, "WhatsApp" nümayəndələrinin sözlərinə görə, onlar hazırda "Microsoft" mobil platformaları üçün messencerin yeni versiyalarının hazırlanması ilə məşğul olmurlar. "WhatsApp"ın "Microsoft" əlavələr mağazasında ləğv edilməsi ilə əlaqədar "Windows" sistemli smartfona quraşdırılan proqramdan istifadə mümkün olmayacaq.
Bildirilir ki, "Windows Phone" və "Windows 10 Mobile" ilə yanaşı, 1 fevral 2020-ci ildən etibarən "WhatsApp" messencerinin "Android 2.3.7" və "iPhone iOS 7" (və daha köhnə versiyalar) sistemləri üçün dəstəklənməsi dayandırılacaq.
Məlumata görə, "Windows 10 Mobile" üçün istifadəçi dəstəyi 10 dekabr 2019-cu ildə başa çatacaq. Həmin tarixdən etibarən "Microsoft" korporasiyası tərəfindən ümumistifadəli yenilənmə və ya düzəlişlərin buraxılışı dayandırılacaq. "Windows" sistemli smartfon istifadəçilərinə dəstəklənən "iOS" və "Android" qurğularına keçmək tövsiyə olunur.
Qeyd edək ki, "Windows Phone 8.1" sisteminin yeni versiyaları 11 iyul 2017-ci ildən buraxılmır



Bu tarixdən “Windows 7” və “XP”də olan klassik oyunlar ləğv ediləcək
Köhnə “Windows” versiyaları məcburi yenilənəcək
Windows 10 zəifləyir
"Microsoft"da inqilabi dəyişklik
“Microsoft” “Windows 7”nin son istifadə tarixi nə vaxtı? - Açıqlama
Fevralın 1-dən bu telefonlarda Whatsapp işləməyəcək
“WhatsApp”da YENİLİK VAR
Windows yeniləməsi problemlər yaradıb
SON 1 HƏFTƏ - "VVhatsapp" bu telefonlarda İŞLƏMƏYƏCƏK
“Windows” üçün təhlükəli virus yayılıb
Microsoft, Office və Emoji-li klaviatura buraxdı
"WhatsApp"dan istifadə edənlərə XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 