ONN media xəbər verir ki, tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.
Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır.
Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur.
Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.
Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması
2. Qeyri-rasional birtərəfli qidalanma
3. Orqanizmdə qurd-parazitin olması
4. Fiziki hərəkətsizlik - hipodinamiya
5. Psixoloji travmalar
6. Boy hormonunun defisiti
7. İrsiyyət
Uşağın boyunu artırmaq üçün nə etməli?
1. Düzgün balanslanmış qida: rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları isə azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqlarının boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.
2. Fiziki aktivlik, bəzi idman növləri: üzgüçülük, basketbol, yüngül atletika boyu stimullaşdırır, əksinə, ağır atletika, güləş kimi idman növləri - ləngidir.
3. Tam normal yuxu vacibdir. Uşaqların yuxuda böyüməsinin elmi əsası var. Aparılan tədqiqatlar göstərilmişdir ki, boy hormonu yuxu zamanı formalaşaraq ifraz olunur. O səbəbdən vaxtında yatmaq və yuxudan doymaq çox vacib amildir.
4. Günəş şüaları və təmiz hava. Uşaqların və yeniyetmələrin aktiv inkişafı üçün bol günəş və hava lazımdır. Təmiz havada, erkən günəş işığı altında gəzişmək və gün qəbul etmək insan orqanizmi üçün çox önəmlidir, çünki səhər tezdən günəş şüaları dəridə daha fəal D vitaminə çevrilərək, uşağın fiziki inkişafına, xüsusilə də dayaq-hərəkət sisteminə müsbət təsir göstərir.
5. Mədə-bağırsaq sistemi fəaliyyətinin normal olması. Hamıya məlumdur ki, insan orqanizminin inkişafı üçün lazım olan nutriyentlər (vitaminlər, minerallar, zülallar, yağlar və s.) mədə-bağırsaq traktı vasitəsilə orqanizmə daxil olur. Bu səbəbdən həzm sisteminin qaydada olması gələcək nəslimizin sağlamlığının bünövrəsidir. Qurd-parazitlər, mədə-bağırsağın, öd kisəsinin, qaraciyərin iltihabi zədələnmələri həzm sistemini pozaraq, uşağın inkişafına nəzərə çarpan dərəcədə mənfi təsir göstərir.
Uşaqlarda boy və çəki cədvəli
Valideynlər uşağın boyunu, çəkisini normada olub-olmadığını öyrənmək üçün dəfələrlə həkimə müraciət edirlər, çünki harmonik, yəni yaşa uyğun inkişaf sağlamlığın əsas göstəricilərindən biridir. Nəzərinizə çatdırdığımız cədvəl əsasında yaşından asılı olaraq, uşağın boyunu və çəkisini asanlıqla təyin edə bilərsiniz.




Boyun uzanmasına nə təsir göstərir?
Boyumuz niyə qısalır? - Səbəblər açıqlandı
Koronavirus hansı uşaqlar üçün təhlükəlidir?
Məktəbli çantasının ağır olması bu xəstəliklərə yol aça bilər! - XƏBƏRDARLIQ
Qadınlar bu yaşlarında daha gözəl olur - Alimlərdən yeni araşdırma
Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir
Uşaqların inkişafını ləngidən 8 əşya
Qida Təhlükəsizliyi Agentliyindən çörəklə bağlı məsələyə MÜNASİBƏT
Bunu edən anaların övladları daha AĞILLI OLUR
Azərbaycanda ötən il doğulanlar son 48 ildə doğulanlardan daha çox yaşayacaqlar - PROQNOZ
Azərbaycanda qadınların pensiyaya çıxma yaşı YÜKSƏLDİLDİ
DİQQƏT: Bu 6 üsul varsa demək siz övladınıza qarşı sərtsiniz
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 