Boy insan həyatına birbaşa təsir edən amillərdən biridir. Uzunboylu olmaq kimlər üçün yaşamağa mane olan problem, kimlər üçünsə xəyaldır. Təbii ki, boyun nə qədər olması heç kəsin öz əlində deyil. Bu, bəzən valideynlərdən qalma miras, bəzən sağlam yaşamın nəticəsi, bəzənsə həyatın bəxşişidir.
ONN media xəbər verir ki, boyun uzanmasına müsbət təsir edən bir neçə amil var. Onlardan biri düzgün qidalanma və genetik faktorlardır. Xroniki xəstəliklər və böyümədə iştirak edən hormonlar də ona təsir göstərir. Boyun uzanması üçün uşaq yaşlarından düzgün qidalanmaya diqqət yetirilməlidir. Qidalanma zamanı lazımi qədər ət, süd, meyvə-tərəvəzlər yeməklə proteinlər qəbul etmək məsləhətdir.
Genetik olaraq qısaboyluluq zamanı qidalanma kömək etmir, lakin valideynlərin boyunun uca olmaması mütləq uşağın qısaboylu olmasına dəlalət etmir. Çünki valideynin boy inkişafı zamanı hansısa təsirə və əlavə faktorlara məruz qalması mümkündür.
Boy artımına təsir edən amillərdən biri də yaşa uyğun idmanla məşğul olmaqdır. İnkişaf dövründə üzgüçülük, gimnastika, basketbol, velosiped idmanı ilə məşğul olmaq boyun uzanmasına çox yaxşı təsir edir. Lakin bu, heç də o demək deyil ki, genetik boyu qısa olanlar idman məşğələləri nəticəsində standart ölçülərə nail ola bilərlər.



Boyumuz niyə qısalır? - Səbəblər açıqlandı
Uşağın yaşa uyğun boyunu və çəkisini öyrənin - CƏDVƏL
Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər
Dərim niyə quruyur? Bilmədiyiniz SƏBƏBLƏR
Qidalanma ilə bağlı bilmədikləriniz
Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar
Uşaqlarınıza bu yeməkləri verməyin - Xəbərdarlıq
Hamiləlikdə bunu etmək autizm riskini artırır
Test vermədən özünü evdə müalicə etmək olmaz - Baş infeksionist
COVID-19 pandemiyası zamanı stres necə idarə edilməlidir?
Yaddaşı gücləndirməyin yolları
Kovid zamanı antibiotik qəbul etmək təhlükəlidir - Həkim
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 