Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib ki, internet oyunları müasir dövrün xəstəliyidir. ONN media axar.az -a istinadən xəbər verir ki, təşkilatın ekspertləri dünya ictimaiyyətinin diqqətini psixoloji problemlərə səbəb olan bu məsələyə cəlb etmək istəyirlər. Onlar bu bəlanı Beynəlxalq Xəstəliklər Təsnifatına da daxil ediblər. ÜST-nin hesabatına görə, Yaponiyada artıq bir neçə ildir internet asılılığından qurtulmaq üçün 80 proqram həyata keçirilir. Bu ölkənin Kanaqava prefekturasında analoji mərkəzə rəhbərlik edən doktor Hiçuqinin sözlərinə görə, bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artır. O əlavə edib ki, hazırda onun rəhbərlik etdiyi mərkəzdə internet asılılığından müalicə olunan 269 pasiyentdən 241-i məhz internet oyunlarının təsiri altına düşənlərdir. İnternet oyunlarından asılı vəziyyətə düşənlər bu vərdişdən əl çəkə bilmirlər, hətta işdən çıxarılma və ya təhsildən ayrı düşmə təhlükəsi də onları yola gətirə bilmir. Hesablamalara görə, Avropa və Şimali Amerikada əhalinin 1 faizdən 10 faizə qədəri bu xəstəliyə düçar olub. ÜST-nin nümayəndəsi Vladimir Poznyak bildirib ki, bu problemin dəqiq miqyası və xarakterik xüsusiyyətləri hələ də müəyyən edilməyib. Onun sözlərinə görə, xəstəliyin müalicəsində həkimlərin qarşısında duran əsas əngəl onun əsas simptomları ilə bağlı konsensusun, bu sahədə ictimai səhiyyə siyasətinin olmamasıdır. Bütün bunlar səmərəli monitorinq aparmağa mane olur. Mütəxəssislər qeyd edirlər ki, internetin daha geniş yayılması da xəstəliyin müalicəsini çətinləşdirir. ÜST-nin mayda təqdim etdiyi Beynəlxalq Xəstəliklər Təsnifatının yeni versiyasına görə, “internetdə oyun pozuntusu” diaqnozu 12 ay müddətində vaxtının çoxunu internet oyunlarına sərf edənlərə, onları özünün bütün maraqlarından və fəaliyyətlərindən üstün tutanlara və mənfi nəticələrinə rəğmən bu vərdişdən əl çəkməyənlərə qoyulur.
ÜST-dən xəbərdarlıq: Müasir dövrün xəstəliyi...



Bu axşam Bakıda İNTERNET OLMAYACAQ
Bu ərazidə iki gün internet olmayacaq
Bu tarixdən “Windows 7” və “XP”də olan klassik oyunlar ləğv ediləcək
İnternetin verilişi nə vaxt bərpa ediləcək?
İnternet xidmətinə görə ödəniş vaxtı dəyişdi
Qazaxıstanda yenidən internet kəsildi
Rusiya-Ukrayna müharibəsinin Azərbaycan internetinə yaratdığı RİSKLƏR
İnternetlə bağlı qiymət artımına rəsmi cavab- XƏBƏR ETMİŞDİK!
Bakının bəzi ərazilərində İNTERNET ÇÖKDÜ
Saytların maliyyə məsələsi müzakirə edildi
Qadağan edilən məlumatları yayan saytlarla bağlı tələb müəyyənləşdi
Azərbaycanda bu internet provayderləri ləğv edildi
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 