Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında Gürcüstan vətəndaşlarının iştirakı ilə baş verən insident Gürcüstan və Azərbaycan arasında strateji münasibətlərə uyğun deyil.
ONN media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir:
“Bu cür insidentlər iki ölkə arasında mövcud olan strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Məhz buna görə də biz hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu məsələdə tam hazır olduğunu nümayiş etdirir. Həmçinin təxribatlardan yayınmaq üçün ictimaiyyətin maksimal dərəcədə təmkinlik nümayiş etdirməsi vacibdir”.
Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum ediblər və onları nalayiq ifadələrlə təhqir ediblər. Bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.



Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
“Keşikçidağ”da azərbaycanlı sərhədçilərlə insident
Azərbaycan XİN-dən cavab addımı – Gürcü səfir nazirliyə çağırıldı – SON DƏQİQƏ
Xələf Xələfovdan Darsaliyanın “Keşikçidağ”la bağlı açıqlamasına ŞOK CAVAB
Baş nazirdən Keşikçidağ xəbərdarlığı: Ehtiyatlı olun!
DSX-dan Keşikçidağla bağlı daha bir AÇIQLAMA
“Keşikçidağ” Azərbaycanındır!- Parlamentdə MÜZAKİRƏ
Keşikçidağla bağlı Tiflisdən açıqlama
Azərbaycan-Gürcüstan sərhədi bağlandı
Gürcüstan bu razılaşmaya reaksiya verdi
Tiflisdən Ermənistana minomyotların çatdırılması ilə bağlı BƏYANAT
"Belə insidentlər təxribat xarakterli deyil" - Xələf Xələfov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 