ONN media xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən plenar iclasında Gürcüstan-Azərbaycan sərhəddində yerləşən “Keşikçidağ”la bağlı məsələ qaldırılıb.
Deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu daim davam etməlidir. O, vurğulayıb ki, ölkələrimizin dostluğu tarixi ənənəyə söykənir:
“Bu, bizim üçün də önəmli məsələdir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində gürcülərə imkan verdik, bir sıra gürcü xalqının nümayəndələri “pasxa” bayramını keçirirlər. Onlar isə “Keşikçidağ”da aksiya keçirərək Azərbaycanın dövlət müstəqlliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Biz gürcü siyasi xadimlərinə izah etməliyik ki, bu nə məsələdir. Həmin abidə VI əsrdə tikilib, alban abidəsidir. XI, XII əsrdə qurucu Davidin və Tamaranın dövründə gürcü provaslav dininə aid olub, bu gün də gürcü ortodoksal kilsəsinə aiddir. Olsun, amma bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora bizim torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir. Biz tarixən torpaqlarımızı Rusiyanın istəyi ilə Gürcüstana və Ermənistana paylamışıq, indi də “Keşikçidağ”da güzəştə getməməliyik”.
Deputat Fərəc Quliyev gərginliyin aradan qaldırılmasın vacibliyini vurğulayıb. Bəyan edib ki, “Keşikçidağ” Azərbaycan ərazisidir.
Deputat Qənirə Paşayeva isə qeyd edib ki, həmin abidə “Keşikçidağ” adlandırılmalıdır. Çünki Azərbaycana məxsusdur: “Tarixi abidələr bizim üçün çox həssasdır. İnanırıq ki, bu məsələ Azərbaycanın maraqları çərçivəsində həll ediləcək”.

Baş nazirdən Keşikçidağ xəbərdarlığı: Ehtiyatlı olun!
Xələf Xələfovdan Darsaliyanın “Keşikçidağ”la bağlı açıqlamasına ŞOK CAVAB
Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi
Keşikçidağ məbədində gürcülər nələr edib? – Memar sirri açdı
Keşikçidağla bağlı Tiflisdən açıqlama
DSX-dan Keşikçidağla bağlı daha bir AÇIQLAMA
“Keşikçidağ”da azərbaycanlı sərhədçilərlə insident
Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
Gürcüstan parlamentinə yeni SƏDR SEÇİLDİ
Parlamentdə BİYABIRÇILIQ- Dava düşdü
“Keşikçidağ” məbədi ətrafinda baş verənlər təxribatdır?
Gürcüstan vətəndaşları Azərbaycan sərhəddində canlı sədd yaratdılar...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 