Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, “Keşikçidağ” hissəsində sərhəd həmişə olub: “O, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir. Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur”. Qeyd edək ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların son iclasında müzakirə olunan məsələləri şərh edib: “Komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmaması vacibliyi məsələsini qaldırdıq”.
Xələf Xələfovdan Darsaliyanın “Keşikçidağ”la bağlı açıqlamasına ŞOK CAVAB



DSX-dan Keşikçidağla bağlı daha bir AÇIQLAMA
Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi
"Belə insidentlər təxribat xarakterli deyil" - Xələf Xələfov
“Keşikçidağ”da azərbaycanlı sərhədçilərlə insident
Xələfovdan SƏRHƏD AÇIQLAMASI
Baş nazirdən Keşikçidağ xəbərdarlığı: Ehtiyatlı olun!
“Keşikçidağ” Azərbaycanındır!- Parlamentdə MÜZAKİRƏ
Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
XİN Azərbaycan-Rusiya danışıqları barədə məlumat yaydı
Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanları qoyulacaq
Azərbaycan-Gürcüstan sərhəddində gərginlik – Saxlanılan var
Keşikçidağla bağlı Tiflisdən açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 