Bu şəhərlər Rotterdam və Maastrixtdir “Eurovision-2020” mahnı müsabiqəsinin keçirilməsi üzrə mübarizənin sonunda iki namizəd şəhər qalıb. Niderlandın NL portalı xəbər verir ki, bu şəhərlər Rotterdam və Maastrixtdir. Təşkilatçıların verdikləri məlumata görə, bu iki şəhərin müraciətləri onlar üçün daha uyğun hesab edilib. Niderlandın digər şəhərləri - Utrext, Hertogenbos, Arnem bu mübarizəni tərk ediblər. Mahnı müsabiqəsinin icraçı prodüseri Sitse Bakker bildirib ki, hər iki şəhər televiziya translyasiyalarının və ümumilikdə tədbirin təşkili üçün yaxşı konsert zallarına malikdirlər. Bundan başqa, bu şəhərlərdə və ətrafyanı rayonlarda qonaqların yerləşdirilməsinin yaxşı infrastrukturu mövcuddur. Rotterdam və Maastrixt meriyaları da tədbirin keçirilməsinə maliyyə dəstəyi göstərməyə və mahnı müsabiqəsi ilə paralel olaraq müxtəlif tədbirlər təşkil etməyə hazır olduqlarını bildiriblər. Rotterdamın qalib gələcəyi təqdirdə “Eurovision-2020” mahnı müsabiqəsi Ahoy konsert zalında keçiriləcək. Maastrixt isə bu tədbiri MESS konsert zalında keçirmək niyyətindədir. Sitse Bakker əlavə edib: “Əminik ki, hər iki şəhər mahnı müsabiqəsini fantastik səviyyədə təşkil edəcək və Niderland və Avropadan bu musiqi bayramına gələn qonaqlar məmnun qalacaqlar”. Xatırladaq ki, Niderland 1956-cı ildə keçirilən birinci “Eurovision” müsabiqəsinin iştirakçısı olmuş yeddi ölkədən biridir. Bu ölkədə mahnı müsabiqəsi sonuncu dəfə 1975-ci ildə keçirilib. Niderland mahnı müsabiqəsini keçirmək hüququnu bu il İsraildə keçirilən “Eurovision-2019”da - müğənni Dunkan Lourensin qalib gəlməsi ilə əldə edib.(AZƏRTAC)
"Eurovision-2020" hansı şəhərdə keçiriləcək?



Amsterdam “Avroviziya”nı keçirməkdən boyun qaçırdı
“Eurovision-2019”un keçiriləcəyi şəhər bəlli oldu
Rotterdamdan “Eurovision”un keçirilməsi ilə bağlı - AÇIQLAMA
İTV "Eurovision-2020" yarışması üçün mahnı qəbulu — ELAN ETDİ
Bu ölkə “Eurovision-2020” mahnı yarışmasında iştirak etməyəcək
"Eurovision"da tamaşaçı iştirakına İCAZƏ VERİLDİ
"Eurovision 2021” BU TARİXDƏ keçiriləcək
“Eurovision” şərhçimizin adı MƏLUM OLDU
“Eurovision”nun Amerika versiyası keçiriləcək
"Eurovision" ləğv edildi
“Eurovision” bu tarixdə onlayn-konsert şəklində keçiriləcək
Tel-Əvivdə "Eurovision-2019" mahnı müsabiqəsi başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 