2021-ci ildə ABŞ-da “Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası – “American Song Contest” keçiriləcək. ONN media xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (AYB) məlumat yayıb. Bildirilib ki, “American Song Contest” mahnı müsabiqəsində ölkənin müxtəlif ştatlarını təmsil edən musiqiçilər bir araya gələcəklər. Seçim turlarından sonra yarımfinal keçiriləcək, müsabiqə isə böyük finalla başa çatacaq. “Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Martin Osterdalın sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsinin böyük populyarlıq qazanmasının səbəbi 65 illik tarixə söykənir və onun nüfuzu hələ də artmaqda davam edir. İndi isə bu cür tədbirin Amerikada keçirilməsinin tam zamanı yetişib. O vurğulayıb ki, musiqiyə olan sevgi dünyəvidir və o, insanları birləşdirmək üçün bütün sərhədləri aşmaq iqtidarındadır. AYB-nın məlumatında, həmçinin qeyd olunub ki, “American Song Contest” mahnı müsabiqəsi keçirilməzdən əvvəl ölkədə akademiya yaradılacaq. Burada peşəkar musiqiçilərdən ibarət məsləhətçi qrup fəaliyyət göstərəcək. Ölkənin ən tanınmış artistləri və məşhur ifaçılar münsiflər heyətini formalaşdıracaq. Bu münsiflər heyəti auditoriya ilə birlikdə ölkənin 50 ştatından istedadlı insanları tapıb seçəcək. Seçilənlər sırasında həm solo ifaçılar, duetlər, həm də maksimum 6 nəfərdən ibarət musiqi qrupları olacaq.
“Eurovision”nun Amerika versiyası keçiriləcək



“Eurovision 2019” Qüdsdə keçirilməyəcək
"Eurovision 2021” BU TARİXDƏ keçiriləcək
"Avroviziya" üçün mahnı seçimi elan olundu
Azərbaycan "Junior Eurovision 2018" mahnı müsabiqəsində təmsil olunacaq
"Eurovision-2020" hansı şəhərdə keçiriləcək?
İTV "Eurovision-2019" üçün mahnı qəbulunu elan edir
“Eurovision-2019”un keçiriləcəyi şəhər bəlli oldu
“Eurovision” bu tarixdə onlayn-konsert şəklində keçiriləcək
Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
Tel-Əvivdə "Eurovision-2019" mahnı müsabiqəsi başlayıb
"Avroviziya-2021" üçün mahnı qəbulu elan edildi
İTV "Eurovision-2020" yarışması üçün mahnı qəbulu — ELAN ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 