Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. DSX-dən ONN media-ya bildirilib ki, iyulun 5-də "Xaş-xaş 2019" şərti ad altında keçirilən kompleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektar sahədən ümumi çəkisi 2 ton 680 kq olan xaş-xaş kolu, Ağstafa rayonu Qarayazı ərazisindən isə 1 hektar sahədən 2 ton 376 kq olan çətənə kolları aşkar olunaraq Daxili İşlər Nazirliyinin yerli rayon şöbələrinin və icra nümayəndələrinin iştirakı ilə yığılaraq müvafiq qaydada yandırılma yolu ilə məhv edilib. İyulun 5-də Yardımlı rayonu Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketdə qablaşdırılan 935 qram marixuana və 1025 qramheroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar. İyulun 8-də "Astara" sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycan Respublikasına gələn İran vətəndaşları 1994-cü il təvəllüdlü Davamihur Peiman Xeirollah oğlu, 1987-ci il təvəllüdlü Abarimejdar Hossein Ayatali oğlu və 1986-cı il təvəllüdlü Hemmati Mejdar Reza Nabiali oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən, üstlərindən və daxili orqanlarından ümumilikdə 111 qram heroin, 10 qram metafitamin, psixotrop dərman olan 10 həb "Metadon", 10 həb "Tramadol" aşkar olunaraq götürülüb. İyulun 15-də "Astara" sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycan Respublikasına keçərkən Lənkəran rayon sakinləri 1992-ci il təvəllüdlü Səfərli Məhəmməd Mahir oğlunun və 1989-cu il təvəllüdlü Ağabalayev Elxan Bəşir oğlunun üzərinə baxış keçirilərkən, onlardan birinin üstündən 6 qram, digərinin üstündən 7 qram narkotik vasitə olan heroin aşkar olunub. Hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.
İrandan narkotik gətirilməsinin qarşısı alındı



İrandan Naxçıvana narkotik keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
DSX əməliyyat keçirib- Saxlanılanlar var
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı
İrandan hərəkət edən naməlum uçuş aparatı saxlanıldı - Rəsmi
İrandan 40 kq-lıq narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər SAXLANILDI
Azərbaycan-Gürcüstan sərhəddində gərginlik – Saxlanılan var
DİN və DSX əməliyyat keçirdi
Hərbçilərimiz sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ - TUTULANLAR VAR
SON DƏQİQƏ: Sərhədçilərimizə atəş açıldı- Yaralı var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 