Avqustun 6-da jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər avqustun 1‑dək http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikası vətəndaşlarının cari ildə jurnalistika ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.



“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!
Abiturientlərin NƏZƏRİNƏ
Bu abituriyentlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı
Keçid balları yüksələ bilər – DİM rəsmisindən XƏBƏRDARLIQ
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri – DİM açıqladı
Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!
150 bal toplayanların NƏZƏRİNƏ
Ali məktəblərə ixtisas seçimi başlayır
Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ
Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdi
DİQQƏT- Qabiliyyət imtahanı başa çatdı
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 