ONN İnformasiya Agentliyi

Argentinanın sualtı qayığı yoxa çıxdı

Argentinanın sualtı qayığı yoxa çıxdı
17-11-2017, 20:55


Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığı radarların nəzarətindən itib.
ONN media Trend-ə istinadən bildirir ki, faktı təsdiqləyən ölkə Hərbi Dəniz Qüvvələri idarəsi sualtı qayıqda 44 nəfərin olduğunu bildirib.
Məlumata görə, sualtı qayıq Uşuayidən Mar-del-Platuya doğru hərəkət edirmiş. Hazırda sualtı qayığın axtarışlarına havadan helikopterlər də qoşulub.
Qeyd olunur ki, itən sualtı qayıq Almaniyada inşa olunub və 1985-ci ildən Argentina Hərbi Dəniz Qüvvələrinin heyətinə verilib.
Sualtı qayığın uzunluğunun 66 metr olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png