Bu istiqamətdə dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyəti prosesə müsbət təkan verir Gənc nəslin vətənpərvər ruhda böyüməsi, bu ruhda tərbiyə edilməsi dövlətlə yanaşı, həm də qeyri-hökumət təşkilatlarının əsas vəzifəsi olduğundan qeyd etdiyimiz təbəqənin bu istiqamətdə fəaliyyət göstərməsi, müxtəlif layihələr gerçəkləşdirməsi, tədbirlər təşkil etməsi zəruridir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bu istiqamətdə vəziyyət ürəkaçandır və ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının mütləq əksəriyyəti gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində davamlı tədbirlər keçirirlər. Onu da qeyd etmək lazımdır ki, bu prosesdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Çünki, məhz adıçəkilən şuranın maliyyə dəstəyi nəticəsində qeyri-hökumət təşkilatları bu və ya digər layihələrini reallaşdırırılar. Günümüzdə cəmiyyətimizdə gedən proseslər və həm qeyri-hökumət, həm də gənclər təşkilatlarının fəaliyyətlərinə diqqət yetirdikdə belə nəticəyə gəlmək olur ki, əksər qeyri-hökumət və gənclər təşkilatları bu istiqamətdə fəallıq nümayiş etdirirlər. Çünki onların sözügedən istiqamətdə, ümumilikdə fəal olması üçün stimul yaradılıb. İstər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, istər Azəbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, istərsə də müvafiq nazirlik və qurumların ayrı-ayrı təşkilatların layihələrini maliyyələşdirməsi, onların tədbirlərinin keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması QHT və gənclər təşkilatlarınn da aktiv olmasına imkan yaradır. Həm QHT-lərə Dəstək Şurası, həm də Gənclər Fondunun dəstəyi ilə yüzlərlə təşkilat gənclərin vətənpərvər ruhda tərbiyə olunması ilə bağlı tədbirlər keçirirlər ki, bu da ümumilikdə işin xeyrinə olan məsələdir. Ayrı-ayrı qeyri-hökumət təşkilatlarının müntəzəm olaraq cəbhə bölgəsində keçirdiyi tədbirlər, ön xəttdəki hərbi hissələrin əsgər və zabitləri ilə təşkil olunan görüşlər Silahlı Qüvvələrin şəxsi heyətində, əsgər və zabitlər arasında ruh yüksəkliyi yaratmaqla yanaşı, eyni zamanda gənclərin də vətənpərvər ruhda tərbiyəsinə, onlarda Vətənə, millətə sevgi hissinin artmasına təkan verir. Ancaq nə qədər tədbirlər keçirilsə, layihələr reallaşdırılsa da, hələ də gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki fəaliyyətimizi tam bitmiş hesab edə bilmərik. Çünki bizim torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olunub, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Ona görə də torpaqlarımız işğaldan azad edilməyənə, soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmayana qədər biz gənclərin vətənpərvər ruhda tərbiyəsinə daha ciddi yanaşmalı, bu istiqamətdə fəaliyyəti daha da artırmalıyıq.
Hesab edirəm ki, bu proses bağçadan başlayaraq orta məktəb, hətta ali məktəbdə də davam etməlidir. Gənclərimiz tarixin müxtəlif dövrlərində yaşamış və ad qoymuş tarixi şəxsiyyətlərimiz, sərkərdələrimizi, milli qəhrəmanlarımızı yaxından tanımalı, onların həyat yolu, Vətən uğrunda apardıqları mübarizəni dərindən öyrənməlidirlər. Ona görə də tam əminliklə deyə bilərik ki, bu gün gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Bir məqama da diqqət çəkmək lazımdır ki, Azərbaycan dövləti gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır. İstər bu istiqamətdə qanunvericlik bazasının formalaşdırılması, vaxtı ilə qəbul edilən qanunların təkmilləşdirilməsi, istərsə də gənclər arasında maarifləndirici xarakter daşıyan işlərin görülməsini bu sıraya aid etmək olar. Xüsusilə, bu istiqamətdə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fəaliyyətinə diqqət çəkmək lazımdır. Ən çətin anlarda səngərdə öz əsgəri ilə çiyin-çiyinə olan Ali Baş Komandanın bu addımı gənclər üçün bir örnəkdir. Gənclər 2016-cı ilin Aprel döyüşləri zamanı bunun bir daha şahidinə çevrildi. Təbii ki. bu amil də gənclərin vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir edən başlıca amillərdəndir. Süleyman İsmayılbəyli Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.Azərbaycan gənci vətənpərvərdir



Qeyri-hökumət təşkilatlarının NƏZƏRİNƏ!
Gənclərin vətənpərvər ruhda böyüməsi üçün üzərimizə düşən vəzifələr
Gənclərin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması vacib şərtlərdən biridir
Gənclərə vətənpərvərlik tərbiyəsi ən yüksək səviyyədə aşılanmalıdır
Gənclər azərbaycançılıq və vətənpərvərlik mövzularında kifayət qədər maarifləndirilir
İlham Əliyev sərəncam imzaladı
Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına diqqət daha da artmalıdır
Azay Quliyev koronavirusla bağlı QHT-lərə çağırış etdi
İlham Əliyev fərman imzaladı
Maliyyə Nazirliyi vaxt verdi - 1 aprel tarixinədək...
QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər
Bu nazirliyə yeni səlahiyyət verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 