Bu bir danılmaz faktdır ki, müharibə şəraitində olan bir ölkənin gənclərinin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, bu ruhda böyüdülməsi başlıca şərtdir. Azərbaycan da 30 ilə yaxındır ki, müharibə şəraitində yaşadığından, torpaqları işğala məruz qaldığından qeyd etdiyimiz məqama xüsusi diqqət yetirməyimiz vacibdir. Ümumiyyətlə götürdükdə isə, gəncləin vətənpərvər ruhda tərbiyə edilməsinin hər hansı bir ölkənin müharibə şəraitində olub-olmaması ilə əlaqəsi yoxdur. İstənilən ölkədə gənclər bu ruhda tərbiyə olunmalıdır. Bu baxımdan Azərbaycanda vəziyyət ürəkaçandır desək yanılmarıq. Çünki Azərbaycanda təkcə dövlət deyil, eləcə də qeyri-hökumət təşkilatları, ictimai birliklər bu işlə yaxından məşğul olur, gənclərimizin milli ruhda böyüməsi, vətənpərvər ruhda tərbiyə olunması üçün müxtəlif layihələr həyata keçirir, tədbirlər gerçəkləşdirirlər.
Yaxın tarixə nəzər yetirsək görərik ki, müasir Azərbacan tarixində gənclərə və gənc nəsilə diqqət və qayğı digər sahələrdə olduğu kimi 1994-cü ildən bu yana yüksələn formada davam edir. Bu diqqət və qayğı onların vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərir. Diqqət etsək görərik ki, ilk dəfə 1994-cü ildə gənclərlə bağlı bir nazirliyin yaradılması, daha sonra Gənclər Forumunun təşkili, Azərbaycan gəncliyinə böyük inamın və diqqətin olmasından irəli gəlirdi. Onun nəticəsidir ki, həmin ənənə bu gün də davam etməkdədir. İstər gənclərə fərdi şəkildə olan dəstək, istərsə də Gənclər Təşkilatlarında və QHT-lərdə olan gənclərə diqqət və qayğı günü gündən artmaqdadır. Bu gün Azərbaycan gənci istər ölkə səhnələrində, istərsə də dünya səhnələrində Azərbaycanın mədəniyyətini, muğamını təbliğ edir. Gənclərimizin uğuru həm ölkəmizdə, həm də beynəlxalq yarışlarda saysız hesabsızdır. İdman yarışlarında bayrağımızı qaldırır, himnimizi səsləndirirlər. Səngərlərimizdə düşmənlə üz-üzə dayanıb düşmənin hər həmləsinə layiqli cavab verən də Azərbaycan gəncidir. Siyasi arenalarda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır və yalan ilə dolu erməni lobbisnə həqiqətlərlə layiqli cavab verir. Bütün bunlar Azərbaycan gəncinin məhz vətənpərvər olmasının əyani sübutudur.
Gənclərə bu gün diqqət və qayğı ən yüksək səviyyədə, ölkənin birinci şəxsinin timsalında özünü aydın göstərir. Heydər Əliyev kursunun layiqli davamçısı olan Cənab İlham Əliyev hər çıxışında Azərbaycançılığı, vətənə, dövlətə bağlı olmağı gənclərə tövsiyə edir. Hər addımı ilə gənclərə örnək olan cənab prezident çox gözəl bilir ki, Azərbaycanı istədiyi zirvəyə qaldırmasında ona ən yaxşı köməkçilər məhz vətənini, dövlətini sevən gənclər olacaq.
Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tez - tez cəbhə xəttinə getməsi və orada hərbçilərlə görüşlər təşkil etməsi yalnız səngərdə olan olan hərbçi gənlərimizi deyil bütövlükdə Azərbaycan əhalisinin vətənpərvərlik ruhuna böyük təsir edir. Məhz ona görədir ki, Mübariz İbrahimov kimi gənclərmiz yetişib və bu gün hər bir gəncin örnəyinə çevrilib.
Ümumiyyətlə deyə bilərik ki, Azərbaycan gənci bütün dönəmlərdə öz vətəninə və dövlətinə sədaqətlə bağlı olub və hazırda da bu bağlılıq davam etməkdədir.
Ancaq onu da etoraf etmək lazımdır ki, bu gün milli maraqlardan, dövlətçilikdən, vətənpərvərlik hisslərindən uzaq gənclərimiz də var. Ancaq sevindirici hal ondan ibarətdir ki, belə gənclərimiz azdır və bu kimi mənfi tendensiya da getdikcə aradan qalxır. Bu gün vətəninə, dövlətinə sədaqətlə bağlı olmayan gənclər o qədər azdır ki, hətta onları barmaqla belə saymaq mümkündür. Onlardan müəyyən xarici dairələr və daxildəki bəzi pozucu siyasi qüvvələ öz mənafeləri naminə istifadə edirlər. Təəssüflər olsun ki, günümüzdə də biz bunun şahidi oluruq. Bəzi hallarda gəncləri yoldan çıxarıb cinayət törətməyə, dövlətə qarşı çıxmağa sövq edirlər.
Bütün bunlardan gəlinən qənaət ondan ibarətdir ki, günümüzdə gənclərin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılmalıdır. Gənclərimiz tarixin müxtəlif dövrlərində yaşamış və ad qoymuş tarixi şəxsiyyətlərimiz, sərkərdələrimizi, milli qəhrəmanlarımızı yaxından tanımalı, onların həyat yolu, Vətən uğrunda apardıqları mübarizəni dərindən öyrənməlidirlər. Heç şübhəsiz ki, bu biliklər gənclərimizə təhsil ocaqlarında aşılanmalıdır. Eyni zamanda gənclər arasında müntəzəm olaraq maarifləndirici xarakter daşıyan işlər görülməli, tədbirlər keçirilməlidir.
Suleyman
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.