“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. ONN media xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir. “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib: 1. Maliyyə vəziyyəti haqqında hesabat; 2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat; 3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər; Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib. Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur. Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova", - deyə müraciətdə qeyd olunub.
Maliyyə Nazirliyi vaxt verdi - 1 aprel tarixinədək...



Qeyri-hökumət təşkilatlarının NƏZƏRİNƏ!
Bu nazirliyə yeni səlahiyyət verildi
Müdafiə Nazirliyi onlara XƏBƏRDARLIQ ETDİ
Əli Əsədov qərar imzaladı
“Qrant haqqında” qanuna dəyişiklik edildi
İlham Əliyev fərman imzaladı
Əli Əsədov qərar imzaladı
Novruz Məmmədova yeni vəzifə verildi
İlham Əliyev sərəncam imzaladı
Novruz Məmmədov yeni VƏZİFƏYƏ SEÇİLDİ
Mikayıl Cabbarov yeni xidmət yaradıb- Artıq...
AzTV-dəki yoxlamalarla bağlı rəsmi açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 