“JARA” festivalı ildən-ilə daha maraqlı və miqyaslı olur. ONN media xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov Bakıda növbəti “JARA” musiqi festivalının başlamasına həsr olunan mətbuat konfransında bildirib. “Bu il ciddi hazırlaşmışıq, üçüncü səhnəni tikib qurtardıq. Festivalda hər gün 70-dək artist çıxış edəcək”, - deyən müğənni Bakı tamaşaçılarının qədirbilən olduğunu də qeyd edib. Gələn il “Jara America” festivalının keçiriləcəyini deyən Emin Ağalarov həmin tədbirə Avropa, Türkiyə, ABŞ müğənnilərinin dəvət olunacağını diqqətə çatdırıb. Bakı təəssüratlarını və festival ərəfəsində əhvalını bölüşən Rusiyanın Xalq artisti Filip Kirkorov da bu dəfəki festivalda həmvətəni Yulia Zivertlə duetdə çıxış edəcəyini qeyd edib: “Bu ilki festivalda təcrübəli müğənnilər gənclərlə birgə oxuyacaq, özü də onların mahnılarını ifa edəcəklər. Biz də Yulia ilə onun mahnısını oxuyacağıq. Ümumiyyətlə, “JARA”nın fərqi daim keçirilən sınaq proqramlarıdır. Məsələn, sabah Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə çox maraqlı duetimiz olacaq”. Rusiyanın daha bir müğənnisi Lolita da Bakı festivalının təşkilat işinə yüksək qiymət verib. Rusiyanın Əməkdar artisti Qriqoriy Leps də “JARA” festivalını müasir musiqi sənətinin mənzərəsini əyani görmək baxımdan yaxşı fürsət olaraq dəyərləndirib. Qeyd edək ki, Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqoriy Leps, Rusiyanın “Qızıl qramofon” mükafatı laureatı Sergey Kojevnikov tərəfindən təşkil olunan “JARA” festivalı artıq 4-cü dəfədir keçirilir. Belə ki, 25-28 iyul günləri Nardaran qəsəbəsi yaxınlığındakı “SeaBreeze” istirahət mərkəzində keçirilən festival çərçivəsində "non stop" formatda əyləncələr təklif olunan 80-dən artıq müğənninin möhtəşəm konsertləri, defilelər, işıqlı şou, axşam qürubu rəqsləri əsrarəngiz, başqa musiqi festivallarda görünməyən ab-hava yaradır. Üstəlik bu dəfəki festivalda dəniz qırağındakı əsas səhnədən əlavə iki hovuz və daha iki geniş səhnə quraşdırıldığı, nahar və VİP məkanlarının genişləndirildiyi bildirilir, nəticədə rekord göstəricilər əldə etmək hədəflənir.(report)
Bakıda növbəti “JARA” festivalı başlayır



Emin Ağalarov elan etdi: "Jara" bu il...
Ağalarov: “Jara-2020” beş gün davam edəcək
Filipp Kirkorov uşaqları ilə BAKIDA
Emin Ağalarov "Jara"nın adını dəyişdi: Türk müğənnilər gələcək
Prezidentin nəvəsi aparıcılıq edəcək
“Jara-2020” keçiriləcək? - Emin Ağalarovdan AÇIQLAMA
Emin Ağalarov "Jara" ilə bağlı AÇIQLAMA YAYDI
“Jara” ilk dəfə Soçidə keçiriləcək
“Jara-2019”da iştirak edəcək ulduzların adları məlum oldu
Erməni əsillə əməkdar artist yenidən Bakıda
Ağalarov azərbaycanlı müğənniyə vəzifə verdi
Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 