Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək “Jara-2019” beynəlxalq musiqi mərasimində iştirak edəcək Rusiya şou-biznesinin məşhur simalarının adları açıqlanıb. ONN media xəbər verir ki, bu barədə məlumat “Jara”nın rəsmi “Instagram” hesabında paylaşılıb. Bildirilir ki, iyulun 25-dən 28-dək keçiriləcək musiqi gecəsinin açılışında Filipp Kirkorov, Loboda, EMİN, Olqa Buzova, Burito, Manatik, NK kimi məşhur müğənnilər çıxış edəcəklər. “Jara-2019”un ikinci günü “Lyube” qrupunun 30 illiyinə həsr olunacaq. Qrupla bərabər, “İvanuşki international”, “Fabrika” qrupu, Viktoriya Dayneko, “Qorod 312” qrupu səhnəni paylaşacaqlar. Daha sonra mərasimdə Filipp Kirkorov, Mitya Fomin, Alyona Apina, Nataşa Korolyova, həmçinin “Ruki vverx”, Hi-Fi, “Diskoteka Avariya”, Na-Na və “Otpetıye moşenniki” qrupları ifaları ilə gecəni coşduracaqlar. İyulun 27-si Rusiyanın məşhur ulduzu Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi keçiriləcək. “Jara-2019”un sonuncu günü isə yeni nəslin dinlədiyi müğənnilər - Jah Khalib, HammaAli & Navai, Lyoşa Svik, Tima Belorusskix, CYGO, “Black star” leybl altında fəaliyyət göstərən məşhurların çıxışları nəzərdə tutulur. Qeyd edək ki, “Jara” beynəlxalq musiqi festivalı ilk dəfə Azərbaycanda 2016-cı ildə keçirilib. Festival günlərində Rusiya ilə yanaşı, Azərbaycan estradasının ən parlaq ulduzları iştirak edirlər.
“Jara-2019”da iştirak edəcək ulduzların adları məlum oldu



Ağalarov: “Jara-2020” beş gün davam edəcək
Filipp Kirkorov uşaqları ilə BAKIDA
Emin Ağalarov elan etdi: "Jara" bu il...
“Jara” ilk dəfə Soçidə keçiriləcək
Prezidentin nəvəsi aparıcılıq edəcək
Rusiyalı məşhurlar “Jara” festivalına görə Bakıya axın etdi - FOTOLAR
Bakıda növbəti “JARA” festivalı başlayır
Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında
Stas Pyexa 14 ildən sonra Bakıda
Bakıda keçiriləcək "Jara" festivalının tarixi açıqlandı
“Jara-2020” keçiriləcək? - Emin Ağalarovdan AÇIQLAMA
Leyla Əliyeva “Jara-2018”in ikinci günündə fəxri qonaqların arasında
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 