Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artır. Sən demə, yay aylarında vərdiş etdiyimiz kondisionerlərin orqanizmimizə ziyanı az deyilmiş. Məsələ ilə bağlı Axar.az-a danışan tibb eksperti, professor Adil Qeybulla bildirib ki, gecə yatarkən kondisioner mütləq şəkildə söndürülməlidir. “Təsəvvür edin ki, orqanizmdə hərarət 1 dərəcə qalxanda ürək döyüntülərinin sayı 10-dək artır. Bu isə xəstə orqanizmə patoloji təsir göstərir. Ona görə də kondisionerdən ağılla, tibbi parametrlərə uyğun şəkildə istifadə olunmalıdır”, - ekspert bildirib.
Professor normal iş şəraitində kondisionerin temperaturunu 20-22 dərəcədə saxlamağı və fasilə ilə işlətməyin məsləhətli olduğunu vurğulayıb: “Kondisionerin hava vuran yerini insanın üstünə yönəltmək də düzün deyil. Soyuq vuran yelpiyi tavana tərəf yönəltmək lazımdır ki, soyuq külək nəfəs orqanı vasitəsilə birbaşa insan orqanizminə daxil olmasın. Məsləhətim odur ki, insanlar kondisionerlə bağlı saat normasına əməl etməsə də, temperatur həddini mütləq gözləsin”. Tibb eksperti kondisionerlərin təmizlənməməsi nəticəsində legionellez xəstəliyinin yarana biləcəyini bildirib: “Kondisioner xəstəliyi” kimi də adlandırılan legionelloz xəstəliyi yay aylarında insanların əsas probleminə çevrilir. Bu xəstəlik kondisionerlərin təmizlənməməsi nəticəsində yaranır. Təmizlənməmiş kondisionerlərdəki toz qatı havaya yayılandan sonra onu udan insanın ağciyərlərində göbələk yaranır. Bu isə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, daha sonrakı müddətdə öskürək, bəlğəm, dərin nəfəs alma istəyi kimi əlamətlər yaradır. Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir”. Professor maşında istifadə edilən kondisionerin bronxit, sətəlcəm, sinuzit, tənəffüs yolu, bəzi əzələ xəstəliklərinə, göz, beyin və badamcıq iltihabına səbəb ola biləcəyini bildirib. A.Qeybullanın sözlərinə görə, üz dərisinin kondisioner havası ilə təmas etməsi dəri iflicinə səbəb ola bilər.Kondisioner sizi iflic edə bilər



Necə edək ki, sərinləyək, amma xəstələnməyək?
Ürək, böyrək, mədə.... - Bu xəstəlikləri yaradan SƏBƏB NƏDİR?
Bu avtobuslarda niyə kondisioner işləmir?
Kondisioner virusun yayılmasını sürətləndirir?
Maska qadağası geri qayıdır?
Evinizdəki BU ƏŞYA koronavirusu sürətlə yayır
Sağlam olmaq istəyirsiniz? - Səhərlər bunu edin
Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlaya bilər - Professordan ŞOK AÇIQLAMA
Gənclər arasında koronaya yoluxma niyə artır?
Çoxlu su içmək koronadan qoruyur?
Soyuqlar düşdü, xəstələnməmək üçün bunu edin
Tibbi maskalar bizi VİRUSdan qoruya bilər?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 