Qarabağ Universitetində 500-dən çox bal toplayan tələbələrə başqa universitetlərlə müqayisədə daha az, cəmi 50 manat təqaüd verilir.
ONN media xəbər verir ki, belə bir məsələ sosial şəbəkədə müzakirə mövzusu olub.
Tələbə qeyd edib ki, bu, başqa universitetlərlə müqayisədə çox azdır:
"Bundan əlavə, yataqxanaya qaz çəkilməyib, təhlükəsizliyə görə elektrik sobasından da istifadəyə icazə verilmir".
Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinə müdiri Aytən Quliyeva bildirib ki, Qarabağ Universitetinin Elmi Şurasının 1 oktyabr 2024-cü il tarixli, 1 saylı iclasında yüksək balla Qarabağ Universitetinə daxil olmuş tələbələrin həvəsləndirilməsi üçün universitetin büdcədənkənar vəsaitləri hesabına məqsədli təqaüdün təyin edilməsi qərara alınıb:
"Həmin qərara əsasən, I-IV ixtisas qrupları üzrə 600 və daha çox, V ixtisas qrupu üzrə 255 və daha çox bal toplayan tələbələrə aylıq 100 manat məbləğində, I-IV ixtisas qrupları üzrə 500-600 arası, V ixtisas qrupu üzrə 200-255 arası bal toplayan tələbələrə aylıq 50 manat məbləğində, qeyd edilən kateqoriyalara aid edilməyən, bununla belə ayrı-ayrı ixtisaslar üzrə ən yüksək bal toplayan 5 tələbəyə isə aylıq 50 manat məbləğində məqsədli təqaüd təyin edilməsi nəzərdə tutulub".
"İkinci məsələyə gəldikdə isə qeyd etmək istəyirəm ki, tələbələrin təhlükəsizliyini nəzərə almaq məqsədi ilə yataqxanada ümumən qaz yoxdur. Otaqların isidilməsi üçün isə ümumi kombi sistemi fəaliyyət göstərir", - deyə A.Quliyeva vurğulayıb



Qarabağ universitetinin göstəriciləri açıqlandı
Qarabağ Universitetinə neçə nəfər qəbul olub?
Qarabağ Universitetinin bu fakültələri köçürüləcək
"Qarabağ" universitetinin tələbələri təqaüd alacaq?
Qəbul balları kəskin düşəcək - Ekspertdən ANONS
Qarabağ Universitetində yeni təyinatlar olub
Bu il universitetlərdə keçid balı artacaq?
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
Nazirlər Kabinetindən bu universitetlə bağlı qərar
Tələbələrə BÖYÜK MÜJDƏ - Təqaüdlər kəskin artırıldı
Qarabağ Universitetində III qrup üzrə plan YERLƏRİ
Əksər abituriyentlər bu universiteti seçir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 