Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Axar.az xəbər verir ki, bunu Xankəndidəki mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan çıxışına “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) şüarı ilə başlayıb: “Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən “Miatsum”, “Miatsum” şüarı ilə başlamaq istəyirəm”. O, ermənilər arasında parçalanmaya son qoymağın vaxtının çatdığını, Ermənistandakı xalq inqilabının ümumerməni inqilabı kimi başa düşülməli olduğunu bildirib: “İnqilab Ermənistanda, Qarabağda və bütün ermənilər arasında davam etdirilməlidir. “İcevanlı”, “qarabağlı”, “gümrülü” anlayışlarından imtina edilməlidir”. O, ümumerməni ideyaları üçün Qarabağ, Ermənistan və erməni diasporunun birgə çalışmalı olduğunu bildirib. Paşinyan erməni hökuməti üçün repatriasiyanın (Vətənə qayıdış – red) prioritet mövzu olduğunu deyib. Erməni baş nazir həmçinin hökumətin “meqalayihələr”indən danışıb: “Ermənistan dünyanın 20 ən effektiv ordusundan birinə sahib olmalı, dünyanın ən effektiv kəşfiyyatından birini yaratmalı, turistlərin sayını 15 milyona çatdırmalı, təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmalıdır. Çoxları soruşa bilər ki, bəs Qarabağ niyə bu planlarda yoxdur? Cavab çox sadədir. Qarabağ Ermənistandır, vəssalam”. Qeyd edək ki, Nikol Paşinyanın bu sözləri Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunun açıq etirafıdır.
Çoxları soruşa bilər ki, Qarabağ... - Nikoldan Xankəndidə ŞOK SÖZLƏR



Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
Nikoldan ŞOK AÇIQLAMA: Torpağı Bakıya vermək istəyirlər
Paşinyan xahiş etdi: Məni bağışlayın...
Paşinyan erməni diasporunun məğlub olduğunu ETİRAF ETDİ
BBC-nin aparıcısı Paşinyanı pis vəziyyətə saldı
Bakı düşünür ki, münaqişə bitib - Paşinyan
“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 