Yaxın günlərdə sosial şəbəkələrdə insanlara saxta otel və ümumilikdə tur sənədləri təqdim etməklə onları aldadan "Dəniz travel" barədə məlumat yayılıb. ONN media "turizmplus.az"-a istinadən xəbər verir ki, yayılan məsələni araşdırmaq üçün şirkətin rəhbəri Azadə xanımla əlaqə saxlamaq istəsək də, onun telefonuna zəng çatmayıb. Bizə verilən məlumatlara görə, Azadə xanım hazırda xəstəxanadadır. Daha sonra Azərbaycan Turizm Assosiasiyasinin icraçı direktoru Əhməd Qurbanovla əlaqə saxladıq. Əhməd bəy bu haqda təşkilata şikayət daxil olduğunu və Assosiasiyanın üzvlərinin məsələ haqqında məlumatlandırıldığını bildirdi. Qeyd edək ki, "Summer tour" turoperatoru fevral ayından etibarən "Dəniz travel" şirkətinə sistemə giriş qadağası qoyub. Bu haqda Ayxan Allazlı məlumat verib. Onun sözlərinə görə onlar bu şirkətin saxtakarlıq etmə təhlükəsini əvvəldən seziblər. Azərbaycan Turizm Şirkətləri Assosiasiyasi ilə də əlaqə saxladıq. Təşkilatın mətbuat xidmətinin rəhbəri Orxan Bədəlov bu haqda heç bir şikayətin daxil olmadığını, məsələ haqqında məlumatsız olduqlarını bildirib. O, həm də, bu cür məsələlər üçün hələlik heç bir nəzarət mexanizminin olmadığını qeyd edib. Xatırladaq ki, pulları əvvəlcədən alınan sərnişinlər aeroportda qalıblar. Onların nə otelləri, nə də aviabiletleri var.
Turizm şirkətinin aldatdığı vətəndaşlar aeroporta qalıb



Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur
“Silk Way Travel” turizm şirkətinin yeni saytı təqdim olundu
Prezidentin vəzifə verdiyi xanım kimdir? - DOSYE
Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradıldı
Qahirədən Qəbələyə ilk çarter reysi
Xalq artisti ölüm xəbərindən danışdı
Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirilib
İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? — AÇIQLAMA
Nazirlər Kabinetindən yeni qərar
Bağçalar açılır? - Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq gətirdi
Aviabiletlər ucuzlaşa bilər
AzTV-nin 50 əməkdaşı koronavirusa yoluxub? – Televiziyadan AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 