Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən ONN media -ya məlumat verilib ki, gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 7,2 faizi İran, 3,6 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan, İsrail və Pakistan, 1,3 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-iyul aylarında gələnlərin sayında daha çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3 faiz artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,8 faizi dəmir yolu və avtomobil, 41,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. 2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub. Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiyaya, 11 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə gedib. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiyaya gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb. Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.


Bu il Azərbaycana nə qədər turist gəlib?
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
Ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?
4 ayda Azərbaycana 847 midən çox turist gəlib
Azərbaycan hotellərində daha çox qalan hansı ölkə turistləridir?
Azərbaycana turist axını iki dəfədən çox artdı
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edirlər
Azərbaycanlılar xarici səfər üçün ən çox hansı ölkəni seçirlər?
Xaricə gedən azərbaycanlı turistlərin sayı nə qədər artıb?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 