2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ONN media xəbər verir ki, gələnlərin 29,8 faizi Rusiya, 22,1 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 8,2 faizi İran, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla, Hindistan və Ukrayna, hər birindən 1,7 faiz olmaqla, İraq və Türkmənistan, 1,6 faizi İsrail, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Maraqlısı isə odur ki, gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib. Ölkəmizə yanvar-oktyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,5 faiz), Hindistan (66,5 faiz), Çin (64,2 faiz), Misir (62,5 faiz), Səudiyyə Ərəbistanı (43,7 faiz), Malayziya (41,3 faiz), Filippin (36,6 faiz), Polşa (32,7 faiz), Macarıstan (31,4 faiz), İspaniya (28,9 faiz), Özbəkistan (26,1 faiz), Qazaxıstan (24,1 faiz), Böyük Britaniya (23,7 faiz), Almaniya (21,3 faiz), Gürcüstan (21,2 faiz) və Cənubi Koreya (20,3 faiz) vətəndaşları arasında qeydə alınıb. Eyni zamanda, cari ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,3 faiz artaraq, 121,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,2 faiz artaraq, 974,2 min nəfər olub. Məlumata görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58 faizi dəmir yolu və avtomobil, 41,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.Bu il Azərbaycana nə qədər turist gəlib?



Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Azərbaycan hotellərində daha çox qalan hansı ölkə turistləridir?
4 ayda Azərbaycana 847 midən çox turist gəlib
Ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
Vətəndaşlarımız ən çox hansı ölkəyə səfər edirlər?
Azərbaycanda mehmanxanaların gəlirlərinin məbləği AÇIQLANDI
Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edirlər
Xaricə gedən azərbaycanlı turistlərin sayı nə qədər artıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 