Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında rayon ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, axşam saatlarında Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi “Qaz 3302” markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə Rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.
Qeyd edək ki, daha əvvəl Sumqayıtda da yük maşını ilə avtoxuliqanlıq edən şəxs tutulub.



Azərbaycanda sərxoş traktor sürücüsü hoqqa çıxardı - HƏBS EDİLDİ
Avtoxuliqanlıq edən Astara sakini HƏBS EDİLDİ
Avtoxuliqanlıq edən sərxoş sürücü YAXALANDI
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
Narkotikin təsiri altında olan sürücü və sərnişini tutuldu
Narkotik çəkib, maşın sürən şəxs həbs edildi
"06" ilə avtoşluq edən şəxs ƏLƏ KEÇDİ - DİN
Narkotik çəkib mikroavtobus sürən şəxs həbs edildi
Avtoxuliqanlıq edən gənclər saxlanıldılar
Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 