Gəncədə avtoxuliqanlar saxlanılıb. ONN media "Report"a istinadən xəbər verir ki, bu haqda DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Məlumat görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri - Ayxan Məmmədovun, Nicat Seyidzadənin, Novruz Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq etmələri məlum olub. "Mercedes", "VAZ-2011", "VAZ-21074" markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Bundan başqa Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində çoxavazlı səs siqnalları ilə vətəndaşların rahatlığını pozan və avtomobilin quruluşuna dəyişiklik edən sürücüləri də aşkarlayıb. Həmin sürücələr avtomobilləri cərimə meydançasına aparılmaqla inzibati qaydada məsuliyyətə cəlb ediliblər.
Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanıldı



Avtoxuliqanlıq edən gənclər saxlanıldılar
Polis əməliyyat keçirdi - "Avtoş" yaxalandı
Avtoxuliqanlıq edən Astara sakini HƏBS EDİLDİ
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
Azərbaycanda sərxoş traktor sürücüsü hoqqa çıxardı - HƏBS EDİLDİ
Gədəbəydə avtoxuliqan HƏBS EDİLDİ
"06" ilə avtoşluq edən şəxs ƏLƏ KEÇDİ - DİN
Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 